Mərkəz rəhbəri Ömərov Marneulidə məktəblərin açılmasından danışdı
11.01.2021 15:29
1110
Mədəniyyət
A
Mərkəz rəhbəri Ömərov Marneulidə məktəblərin açılmasından danışdı
Bu həftə içi Təhsil, Elm, İdman və Mədəniyyət Nazirliiyindən məktəblərin məktəblərin açılıb-açılmaması ilə bağlı qərar gözləyirik. Bunu Aktual.ge xəbər portalına müsahibəsində Marneuli Resurs Mərkəzin rəhbəri Kanan Ömərov bildirib. Mərkəz rəhbəri qeyd edib ki, ümumiyyətlə hazırda məktəblərin açılması prosesindən danışmaq çətindir: "Bu barədə hələ ki, tam olaraq bir şey deyə bilmərəm. Nazirlikdən cavab gözləyirik. Çox ehtiyyatla yanaşılmalı olan bir məsələdir. Hazırki mərhələdə təhsil onlayn rejim keçirilir". K.Ömərov əlavə edib ki, məktəblər 16 yanvar tarixinə qədər Yeni il ilə əlaqədar tətildədir. Xatırladaq ki, Kvemo Kartli bölgəsində 2020-ci ilin 13 noyabr tarixindən ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq orta məktəblər müvəqqəti olaraq onlayn rejimə keçib.
ŞƏRH YAZ
6