Mövcud məhdudiyyətlər 1 fevral tarixinə qədər davam edəcək
11.01.2021 16:19
689
Sağlamlıq
A
Mövcud məhdudiyyətlər 1 fevral tarixinə qədər davam edəcək
"İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, ölkədə mövcud məhdudiyyətlər 1 fevral tarixinə qədər davam edəcəkdir". Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. "Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi Hökümət Administrasiyasında keçirilən bugünkü iclasda İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud məhdudiyyətlərin 1 fevral tarixinə qədər qüvvədə qalacağına qərar verib. Hökumət rəhbərinin tapşırığına əsasən, məhdudiyyətlər yumşaldılmadan əvvəl biznes nümayəndələri ilə intensiv görüşlər keçiriləcək, belə ki, onlar ilk öncə növbəti iş mərhələsinə cavab verəcək və həm ticarət, həm də ictimai nəqliyyatda yüksək epidemioloji təhlükəsizlik standartlarının təmin edilməsi nəzərdən keçiriləcək",-deyə məlumatda qeyd olunub.
ŞƏRH YAZ
11