Gənclərin nəzərinə! - Azərbaycan Səfirliyinin elan etdiyi müsabiqəyə saylı günlər qaldı
Azərbaycanın
Gürcüstandakı Səfirliyi 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar rəsm və inşa -
“Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı müsabiqə elan edib.
Bu barədə
Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı Səfirliyindən məlumat verilib.
Müsabiqə haqda verilən məlumatda deyilir:
"Hörmətli
Gürcüstan vətəndaşları,
Azərbaycan Respublikasının
Gürcüstandakı Səfirliyi
Azərbaycan və
Gürcüstan xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edir.
Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzü üzrə ən yaradıcı rəsm və inşaya malik olan şəxslər Səfirlik tərəfindən hər iki nominasiya üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.
Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində açıqlanacaqdır. Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları
Azərbaycan Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində Səfir
Faiq Quliyev və
Gürcüstan Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaqlar.
Müsabiqədə iştirak edəcək şəxslərdən mövzü üzrə rəsm əsərlərini Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin
Azərbaycan və ya
gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini 17 yanvar 2021-ci il tarixinədək Səfirliyin
[email protected] ünvanına göndərmələri xahiş olunur.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin
(+995 32)224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur".