Qardabanidə dəhşət - 3-ü qadın olmaqla 4 nəfər azyaşlı qızı qaçırıb (VİDEO)
12.01.2021 10:43
1374
Kriminal
A
Qardabanidə dəhşət - 3-ü qadın olmaqla 4 nəfər azyaşlı qızı qaçırıb (VİDEO)
Kvemo Kartli bölgəsinin Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan 4 nəfər saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. "4 nəfər: 1997-ci il təvəllüdlü E.B., 1978-ci il doğumlu C.A., 1974-cü ildə dünyaya gəlmiş B.B və 1995-ci il təvəllüdlü A.B. saxlanılıb. İstintaq, Qardabani rayonunun kəndlərindən birində E.B-nin anasının və ona yaxın olan 2 qadının köməyi ilə 15 yaşlı S.B-ni nikaha daxil olmaq məqsədi ilə azadlıqdan məhrum ediblər",-məlumatda qeyd olunub. Bildirilib ki, polis hakimin qərarına əsasən dördünü də təqsirləndirilən şəxs qismində gözaltına alıb. İlk razılığa əsasən, qrup Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a" və "d" bəndləri ilə qanunsuz olaraq bir azyaşlının azadlıqdan məhrum edilməsi ilə bağlı işi araşdırır. Cinayət ən çox 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
ŞƏRH YAZ
6