Gürcüstan əhalisinə kovidə qarşı bu vaksindən vurulacaq
12.01.2021 15:32
486
Sağlamlıq
A
Gürcüstan əhalisinə kovidə qarşı bu vaksindən vurulacaq
“Yaxın zamanlarda Gürcüstan sakinləri koronavirusa qarşı “Pfizer” vaksini ilə peyvənd olunacaqlar”. Aktual.ge xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşdə bildirib. Nazir səfiri Gürcüstandakı epidemioloji vəziyyət barədə məlumatlandırıb. Tərəflər pandemiya ilə mübarizə və vaskinasiya məsələlərini müzakirə ediblər. Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20%-i üçün peyvənd alacaq. Preparatın ölkəyə gələn ay çatdırılacağı gözlənilir.
ŞƏRH YAZ
10