Zaur Darğallı Saakaşviliyə yükləndi - Hər kəs qarşısında üzr istəyəcək
12.01.2021 22:32
3019
Siyasət
A
Zaur Darğallı Saakaşviliyə yükləndi - Hər kəs qarşısında üzr istəyəcək
"Nika Qvaramiya, müsəlmanların dinini təhqir etdiyi üçün, hər kəs qarşısında üzr istəməyə məcbur olacaq". Aktual.ge xəbər verir ki, bunu millət vəkili Zaur Darğallı "Mtavari Arxi" telekanalının Baş direktoru Nika Qvaramianın müvafiq açıqlaması ilə bağlı özünün "Facebook" hesabında yazıb. "Saakaşvili komandası və radikal müxalifətin üzvləri tərəfindən, bizlərə qarşı diskriminasiya tərkibli şərhlərin yayılmasının ilk dəfəsi deyil",-deyə o qeyd edib. Xatırladaq ki, N.Qvaramiya "Gürcü Arzusu" partiyasının istefa vermiş sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubununun media hissəsini şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.
ŞƏRH YAZ
16