12.01.2021 00:04
865
Siyasət
A
"Novruz Bayramının müsəlmanlar üçün qadağan olunmasına biz etiraz edəndə harda idiniz" - Qvaramia
" "Mtavari" və şəxsən mən xristiyanların kovid vaxtı toplanmasına, Novruz Bayramının müsəlmanlara nə üçün qadağan olunmasına etiraz edəndə harda idiniz əclaflar?, Müsəlman Marneulinin hər küncünün xristian olaraq keşişlər tərəfindən xeyir-dua almasına etiraz edəndə harda idiniz?, Pankisidə insanlara İslamı üzündən terrorçu damğası vurulmasına etiraz etdiyimiz zaman harada idiniz, Batumidə məscidin inşasına maneə törədildiyi üçün müsəlmanların zülmünə qarşı səssizcə vuruşduğumuz zaman harda idiniz?". Aktual.ge xəbər verir ki, bu sözləri "Mtavari Arxi" telekanalının Baş direktoru Nika Qvaramia özünün rəsmi "Facebook" hesabında onun müvafiq açıqlamasını sosial şəbəkədə tənqid parlamentin üzvü Zaur Darğallı və ictimai fəal Samira İsmayılovaya cavab olaraq deyib. N.Qvaramianın paylaşımını olduğu kimi təqdim edirik: "Ya da Quriyadakı müsəlman repressiyasının davam etdiyi və 24 saatlıq rejimin hüquqlarının qorunması üçün mübarizə apardığımız zaman harada idiniz? Harada idiniz? Bir şey dediniz? Öz cəmiyyətinizin maraqlarını ya da öz inancınız olan başqa bir cəmiyyətin maraqlarını müdafiə etdinizmi?! Ancaq əlbəttə ki, DTX-nin tapşırıqlarını yerinə yetirən rejimində idiniz və indi də eləsiniz. Budur, orda idiniz, ordasınız və ordaca qalacaqsınız. Bəli, qalacaqsınız, çünki DTX siçovullarının başqa gələcəyi yoxdur. Dini çəkişmələrə səbəb olanların (bu, ağır cinayətdir) gələcəyi həbsxanadır. Bu ölkədə hələ də başı kəsilən nasistlərə heç nə olmayıb. Cılız yarasalar. Darğallı, oğurlanmış səslər tərəfindən seçilmiş 'Gürcü Arzusu' millət vəkili, İsmayılova, DTX ilə əlaqəli, 'Gürcü Arzusu' puluna oturmuş, Bolnisi Meriyası və Bələdiyyəsi tərəfindən konpleksləşdirilmiş". O əlavə edib ki, Əhməd İmamquliyev, əla kampaniyadasan. Təbrik edirəm.
ŞƏRH YAZ
3