Gənclərin nəzərinə! - Azərbaycan Səfirliyinin elan etdiyi müsabiqəyə saylı günlər qaldı
13.01.2021 00:58
1204
Mədəniyyət
A
Gənclərin nəzərinə! - Azərbaycan Səfirliyinin elan etdiyi müsabiqəyə saylı günlər qaldı
Azərbaycanın Gürcüstandakı Səfirliyi 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar rəsm və inşa - “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı müsabiqə elan edib. Bu barədə Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı Səfirliyindən məlumat verilib. Müsabiqə haqda verilən məlumatda deyilir: "Hörmətli Gürcüstan vətəndaşları, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan və Gürcüstan xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edir. Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzü üzrə ən yaradıcı rəsm və inşaya malik olan şəxslər Səfirlik tərəfindən hər iki nominasiya üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar. Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində açıqlanacaqdır. Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycan Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində Səfir Faiq Quliyev və Gürcüstan Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaqlar. Müsabiqədə iştirak edəcək şəxslərdən mövzü üzrə rəsm əsərlərini Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini 17 yanvar 2021-ci il tarixinədək Səfirliyin [email protected] ünvanına göndərmələri xahiş olunur. Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin (+995 32)224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur".
ŞƏRH YAZ
1