QƏRAR VERİLDİ - Vətəndaşlar bu tarixdən sürücülük vəsiqəsi imtahanı verə biləcəklər
13.01.2021 11:53
860
Siyasət
A
QƏRAR VERİLDİ - Vətəndaşlar bu tarixdən sürücülük vəsiqəsi imtahanı verə biləcəklər
1 fevraldan etibarən vətəndaşlar sürücülük vəsiqəsi üçün nəzəri və praktik imtahan verə biləcəklər. Aktual.ge xəbər verir ki, bu barədə qərar Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Qəbul edilmiş qərar və tövsiyələrə uyğun olaraq, ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin qərarına əsasən, məhdudiyyət qoyulmuş bütün xidmətlər fevralın 1-dən etibarən fəaliyyət göstərməyə davam edəcəkdir. Bildirilib ki, 1 fevraldan etibarən vətəndaşlar nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün nəzəri və praktik imtahan verə biləcəklər. Xidmət Agentliyinin struktur bölməsi xaricində (gömrük anbarı ərazisi və şirkətlərin ərazisindəki vasitə istehsalçısının (diler / mərkəz) rəsmi nümayəndəsi istisna olmaqla) odlu silahların qeydiyyatı və mexaniki nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı prosedurlar 1 fevral tarixinə qədər dayandırılacaqdır.
ŞƏRH YAZ
5