Son dəqiqə! Nazir MƏKTƏBLƏRİN hələ açılmayacağını açıqladı
13.01.2021 12:35
566
Sağlamlıq
A
Son dəqiqə! Nazir MƏKTƏBLƏRİN hələ açılmayacağını açıqladı
"İndiki infeksiya nisbəti məktəblərin nə zaman açılacağı barədə danışmağa başlamağımıza imkan vermir". Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Səhiyyə naziri Ekaterine Tikaradze İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib. Nazirin sözlərinə görə, məktəb və uşaq bağçası məsələsi nəinki Gürcüstanda, eləcə də dünyada prioritet məsələdir. “Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə də birgə işləyirik. Biz nəzərə almalıyıq ki, uşaqların sağlamlığını və təhlükəsizliyini qorumağı unutmamaq lazımdır. Buna görə bəzi fikirlərimiz olmasına baxmayaraq, bu mövzuda daha diqqətli hərəkət edirik. Mövcud infeksiya nisbəti məktəblərin nə vaxt açıla biləcəyi barədə danışmağa imkan vermir. Mümkün qədər tez bir zamanda Təhsil Nazirliyi uşaqların təhlükəsiz şəkildə məktəblərə qəbul edilməsi üçün hər cür şəraiti təmin edəcək", - deyə Tikaradze əlavə edib.
ŞƏRH YAZ
4