Nazirdən qorxunc açıqlama - Kovidin üçüncü dalğası bu tarixdə başlaya bilər
13.01.2021 12:47
1551
Siyasət
A
Nazirdən qorxunc açıqlama - Kovidin üçüncü dalğası bu tarixdə başlaya bilər
"Gürcüstanda koronavirusun üçüncü dalğası fevralın ikinci yarısında başlayacağı gözlənilir". Aktual.ge-nin verdiyi xəbərə görə, bununla bağlı Səhiyyə naziri Ekaterine Tikaradze İdarələrarası Koordinasiya Şurasının iclasından sonra mətbuata açıqlamasında bildirib. “Dünya üçüncü dalğadan danışanda əlbəttə ki, Gürcüstan istisna ola bilməz. Bunun üçün dünya təcrübəsindən istifadə etmək və mənimsəmək lazımdır. Üçüncü dalğa üçün yalnız hazırlıq komponentində deyil, həm də infeksiyanın yayılmasını minimuma endirmək üçün üçüncü dalğa nəzarət komponentinə də diqqət yetirməli və infeksiyaya yoluxma epizodunda daha təsirli olmalıyıq. Üçüncü dalğa fevralın ikinci yarısında ola bilər", - deyə Tikaradze vurğulayıb.
ŞƏRH YAZ
16