13.01.2021 14:31
1073
Siyasət
A
"İvanişvili Gürcüstan tarixinə müasir 'Ağmaşenebeli' olaraq qeyd olundu" - Babayev
"Mən, İvanişvilini vətənpərvər, xeyirçi bir insan olaraq tanıyıram ki, onun gördüyü xeyriyyə əməlləri Gürcüstan ictimaiyyətinə və eləcə də bəllidir. Onun apardığı siyasət hamıya məlumdur. Belə bir, şaiyə yayılıb k, İvanişvilinin getməsindən sonra 'Gürcü Arzusu' dağılacaq, seçkilər olacaq və mövcud hakim partiyanı dəstəkləyən olmayacaq. Mən bununla razı olmadığımı bildirmək istərdim". Aktual.ge verir ki, bu sözləri Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev hakim "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsini şərh edərkən söyləyib. "Bu şaiyələri yayanlar millətin adından danışmamalıdırlar çünki, onlar vaxtilə Gürcüstanda yaşayan azərbaycanlılara böyük zərbə vurublar. Bu istər İmamquliyev, istərsə də Azər Süleymanov olsun. Onların partiyaları Gürcüstanda yaşayan azərbaycanlıların insan hüquqlarını tapdalayaraq torpaqlarını əllərindən alıblar. Yadınızdadırsa, əvvəllər Marneulidə kiçik dükanlardan birinə 60 min lari cərimə yazılmışdı. Bu cərimələri yazan məhz həmin partiya idi. Seçkiqabağı məktəb direktorları müəllimlərə 'Milli Hərəkat' partiyasına səs verin deyərək partiyaya səs toplamağa çalışırdılar. Beləsi insanların İvanişvilini və onun siyasətini tənqid etməyə ixtiyarları yoxdur. Bu partiya yaradılan dövrdə partiyada olan yeganə azərbaycanlı mən idim. Ümidvaram ki, partiyanın yeni rəhbərinin kim olacağı bu yaxınlarda bilinəcək və 'Gürcü Arzusu' yenə də həmişə kimi öz sözünü deyəcək və İvanişvilinin apardığı siyasət davam etdiriləcək. O, partiyadan getməsinə baxmayaraq, yenə də öz xeyriyyə işlərini davam etdirəcək. İvanişvili Gürcüstan tarixinə müasir 'Ağmaşenebeli' olaraq qeyd olundu. Bu səbəbdən də azərbaycanlılar yayılan şaiyələrə və təbliğatlara inanmasınlar. İmamaquliyev və digərləri öz kəndlərində nüfuzu olmayan şəxslərdir. 'Gürcü Arzusu' partiyası yeni rəhbəri ilə öz işini stabil olaraq davam edəcək",-deyə Ə.Babayev qeyd edib.
ŞƏRH YAZ
13