Kanan Ömərovdan ŞAD XƏBƏR - Marneulidə məktəblər bu tarixdən açıla bilər
13.01.2021 15:37
1877
Mədəniyyət
A
Kanan Ömərovdan ŞAD XƏBƏR - Marneulidə məktəblər bu tarixdən açıla bilər
"Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən az əvvəl məlumat aldıq, böyük ehtimalla 1 fevral tarixindən Marneulidə təhsil əyani formada olacaq". Bunu Aktual.ge xəbər portalına Marneuli Resurs Mərkəzinin rəhbəri Kanan Ömərov bildirib. Mərkəz rəhbərinin sözlərinə görə, fevral ayının 1-ə qədər təhsil onlayn formada baş tutacaq. "Unutmayaq ki, hər şey epidemioloji vəziyyətdən aslıdır. Arıtq görürük ki, epidemioloji vəziyyət bir az stabilləşib. Əgər epidemioloji vəziyyət bu şəkildə davam edərsə böyük ehtimalla 1 fevral tarixindən Marneulidə həm ictimai həm də özəl məktəblər əyani formada təhsil rejimini bərpa edəcək. Ancaq hələki tam dəqiq deyil, hər şey epidemioloji vəziyyətin gedişatından aslıdır",-deyə K.Ömərov bildirib. O əlavə edib ki, 16 yanvar tarixində məktəblilər üçün Yeni il tətili bitir və 18 yanvardan şagirdlər onlayn təhsil rejiminə davam edəcək.
ŞƏRH YAZ
6