Gürcüstanda olan Azərbaycan vətəndaşlarının nəzərinə! - Səfirlik məlumat yayır
13.01.2021 17:35
729
Siyasət
A
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının nəzərinə! - Səfirlik məlumat yayır
Gürcüstandakı Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının müddəti uzadıldı. Bununla bağlı Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat verib. Səfirliyin məlumatında deyilir: "Koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar olaraq müvəqqəti olaraq bağlanmışdır. Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə müraciət etməlidirlər".
ŞƏRH YAZ
2