Müfti müsəlmanlarla xristiyanlar arasında baş verən gərginliyə münasibət bildirdi
14.01.2021 00:27
288
Din
A
Müfti müsəlmanlarla xristiyanlar arasında baş verən gərginliyə münasibət bildirdi
"Ümid edirəm ki, yaxın gələcəkdə hər şey sabitləşəcək və eyni insanların nümayəndələri bir kənddə birlikdə mehribancasına yaşamağa davam edəcəklər". Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Qərbi Gürcüstan müftisi Adam Şantadze Buknari kəndindəki müvafiq hadisəni şərh edərkən söyləyib. Müftinin sözlərinə görə, şiddət və qarşıdurma qəbuledilməzdir və problemlər yalnız dialoq və danışıqlar yolu ilə həll olunmalıdır. "Dünən Quria bölgəsinin Çoxatauri rayonunun Buknari kəndində kəndin müsəlman və xristian icmalarının bir neçə nümayəndəsi arasında qarşıdurma baş verib. Yerli müsəlmanlar kəndin bir yerində ibadət evini təchiz etmək istəyirlər. Bununla isə həmin kəndin xristiyan icması razılaşmayıb və ixtifal fiziki qarşıdurmaya çevirilib Qarşıdurma nəticəsində bir vətəndaş saxlanılıb. Bu gün Acarıstandan onlarla insan yerli müsəlman icmasına dəstək olmaq üçün Buknariyə gəldi. Hazırda vəziyyət stabildir. Çoxatauri meri İrakli Kuçava, hökumət və hüquq-mühafizə orqanları Buknari kəndindəki münaqişənin insidentsiz həll olunması üçün əlindən gələni edəcəyini söylədilər",-deyə A.Şantadze vurğulayıb. Xatırladaq ki, 12 yanvar tarixində Quria bölgəsinin Çoxatauri rayonunun Buknari kəndində müsəlmanlar ibadət ocağı təchiz etmək istəyir, bununla isə razılaşmayan kəndin xristiyan icması arasında dini zəmində fiziki qarşıdurma baş verib və bir nəfər saxlanılıb. 13 yanvar tarixində isə hadisə yenidən alovlanıb.
ŞƏRH YAZ
1