14 yanvar Gürcüstan Dövlət bayraq günüdür
14.01.2021 00:56
984
Mədəniyyət
A
14 yanvar Gürcüstan Dövlət bayraq günüdür
Gürcüstanda Dövlət Bayrağı Günü 2004-cü il yanvarın 14–də bərpa edilib. Lakin bu gün bayram kimi yalnız 2012-ci ildən qeyd edilməyə başlayıb. Aktual.ge məlumat verir ki, Gürcüstanın mövcud qırmızı rəngli müasir beş xaçdan ibarət olan bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiq olunub və rəsmi şəkildə yanvarın 14-ü Dövlət Bayrağı Günü elan olunub. Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilib. Qeyd edilib ki, Gürcüstan bayrağı öz qədimliyinə görə, Danimarkanın bayraqından sonra dünyada ikinci yerdədir. Məlumat üçün bildirək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağının dəyişdirilməsinə qərar verilib. Dövlət Bayrağı Günü münasibətilə bütün Gürcüstan vətəndaşlarını təbrik edib, şanlı bayrağımızın işğal olunmuş ərazilərdə dalğalanmasını arzu edirik.
ŞƏRH YAZ
3