Giorgi Qaxaria Gürcüstan bayraq günündən yazdı - Bu vaxt uzaqda deyil...
14.01.2021 12:52
830
Mədəniyyət
A
Giorgi Qaxaria Gürcüstan bayraq günündən yazdı - Bu vaxt uzaqda deyil...
"Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi doğurur". Aktual.ge xəbər verir ki, bunu Baş nazir Giorgi Qaxaria 14 yanvar Gürcüstanın Dövlət bayraq günü münasibətilə özünün rəsmi "Facebook" səhifəsində yazıb. "Dövlətçiliyimizin əsas rəmzlərindən biri olan Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi doğurur. Ölkəmizin və xalqımızın tarixini, daim uca tutacağımız dəyərləri və istəkləri özündə cəmləşdirir. Əminəm ki, bu Gürcüstan dövlətçiliyi rəmzinin Avropa ailəsinə üzv dövlətlərin bayraqlarının yanında ucaldılacağı vaxt uzaqda deyil", - G.Qaxaria qeyd edib.
ŞƏRH YAZ
2