Çoxaturidə sular durulmur - Müsəlman icması yenidən görüş tələb edir
Quria bölgəsinin Çoxatauri rayonuna toplaşan müsəlman icmasının nümayəndələri rəsmilərlə görüş tələb edirlər.
Aktual.ge birinci kanala istinadən xəbər verir ki, Buknari kəndinin müsəlman icmasının nümayəndələri Çoxatauri rayonunun mərkəzində, Bələdiyyə binası yaxınlığında toplaşıblar. Onlar bütün gecəni Bələdiyyə binasının ətrafında gecələyiblər.
Müsəlman icması, tərəflər arasında başqa bir görüş keçirilməli olduğunu bildirirlər.
“Dünənki görüş bizi qane etmədi. Gürcüstanın müxtəlif bölgələrindən tərəfdar gözləyirik. Görüş keçirilməlidir və bu görüşdə xristian və müsəlman icmalarının nümayəndələri, patriarxlığın və yepiskopluğun, mərkəzi hökumətin və medianın nümayəndələri iştirak etməlidir. Bu məsələ yerli hökumət səviyyəsində həll olunmayacaq. Dövlətdən, cavabdeh olanlardan müsəlmanların yalnız bu kənddə deyil, bütün ölkədə ibadət etməsinə icazə vermələrini tələb edirik", - deyə Acarıstan müsəlman icmasının nümayəndəsi Firuz Culukidze deyib.
Xatırladaq ki,
12 yanvar tarixində Quria bölgəsinin Çoxatauri rayonunun Buknari kəndində müsəlmanlar ibadət ocağı təchiz etmək istəyir, bununla isə razılaşmayan kəndin xristiyan icması arasında dini zəmində fiziki qarşıdurma baş verib və bir nəfər saxlanılıb.
13 yanvar tarixində isə hadisə yenidən alovlanıb.