Quriada vəziyyət gərginləşdi - Müsəlman icması ayağa qalxdı
14.01.2021 16:36
723
Siyasət
A
Quriada vəziyyət gərginləşdi - Müsəlman icması ayağa qalxdı
Quria bölgəsinin Çoxaturi Meriyası qarşısında keçirilən aksiyada vəziyyət gərginləşib. Aktual.ge xəbər verir ki, artıq 3-cü gündür ki, Çoxaturi rayonunun Buknari kəndində xristiyanlarla müsəlmanlar arasında dini zəmində qalmaqal davam edir. Bu gün günorta saatlarında Buknari kəndinin müsəlman icmasının nümayəndələri Çoxaturi Meriyasının qarşısına toplaşıblar, onların tələbi kəntdə ibadət ocağının təchiz edilməsidir. İnterpressnews agentliyinin yazdığına görə, Çoxaturi Meriyasının qarşısında aksiya keçirən Buknari kəndinin müsəlman icması Meriyanın binasına girməyə çalışıblar, ancaq yerindəcə səfərbər olunan polislər buna icazə verməyib. Etirazçılar "İçəri girin, yoxsa kimsə çıxıb bizimlə danışmayacaq" deyib. Onların sözlərinə görə, dünənki iclasda razılıq əldə olunmayıb. Xatırladaq ki, Buknari kəndində müsəlman icmasının üzvləri kəntdə namaz qılmaq üçün bir ibadət ocağının təchiz edilməsini istəyirlər. Həmin kəndin xrisiyan icması isə buna qarşı çıxır.
ŞƏRH YAZ
1