Buknaridə xristiyanlarla müsəlmanlar arasında nə baş verir? - Nakaidzedən açıqlama
14.01.2021 17:30
883
Siyasət
A
Buknaridə xristiyanlarla müsəlmanlar arasında nə baş verir? - Nakaidzedən açıqlama
"Buknari kəndində həm müsəlmanlar həm də xristiyanlar yaşayır. Kəntdə çoxluğu isə müsəlman gürcülər təşkil edir. Gürcü müsəlmanlar Buknaridə bir ev alıb ibadət edilməsi və cümə namazlarının qılınması üçün oranı məscidə çevirdilər. Son iki həftə içərisində xrisiyanlar tərəfindən bir gərginlik başladı - 'Burada məscid təchiz edə bilməzsiniz, bura Gürcüstandır, burada məscid olmaz'. Beləliklədə müsəlmanlara problem yaratmağa başladılar. Elə bundan sonrada həmin kəndin xristiyan qruplaşması ilə müsəlman qruplaşması arasında qarşıdurma baş verdi". Bunu Aktual.ge xəbər portalına Gürcü Müsəlmanlar Birliyinin sədri Tariel Nakaidze son günlərdə Quria bölgəsinin Çoxaturi rayonunun Buknari kəndində yaşayan xristiyan və müsəlman icması arasında baş verən gərginliyi şərh edərkən ifadə edib. O qeyd edib ki, bu məsələdə ən əsas hökumətin mövqeyidir: "Maraqlıdır ki, hökumət bu məsələyə necə münasibət göstərəcək. Hökumət bu məsələni bitirməlidir, ancaq maraqlıdır ki, necə? Burada cinayət işi törədilib və Gürcüstan qanunlarına və Gürcüstan Konstitusiyasına görə, Gürcüstanda dini azlıq, dini azadlıq qaranti edilib. Ancaq bütün bu baş verənlərə isə vaxtında müdaxilə edilməli idi. Bundan əvvəl rəsmilərlə bir sıra görüşlər keçirilmişdi və bunlara vaxtında müdaxilə edilmədiyi üçün bu gün hadisə bu dərəcə də cərəyan etdi. Hökumət bu məsələni ələ almalıdır və qanun çərçivəsində cinayət işi törədənə cəza verməlidir gürcü müsəlmanlar orada namaz qılmaq istəyirlərsə, məscid açmaq istəyirlərsə buna icazə verilməlidir. Bir daha qeyd edim ki, hökumət bu məsələləri ələ almalıdır və bir qərar verməlidir". O əlavə edib ki, hökumət tərəfindən təəssüf ki, hələ tam bir açıqlama yoxdur: "Hökumət bu məsələdə tutumlu bir mövqey sərgiləməsi şərtdir. Əgər bu məsələyə ciddi yanaşmasa və gərəkən statusu verməsə. Bu o deməkdir ki, bənzəri hadisələrlə yenə qarşı-qarşıya qalacaq".
ŞƏRH YAZ
1