YTB-dən Gürcüstanda onlayn təhsilə dəstək
14.01.2021 19:14
1107
Mədəniyyət
A
YTB-dən Gürcüstanda onlayn təhsilə dəstək
Türkiyə "Yurtdışı Türkler Ve Akraba Toplulukları Başkanlığının" (YTB) maliyyə dəstəyi ilə “Yaradıcı Gənclər Akademiyasının” (CYA) həyata keçirdiyi beynalxalq əhəmiyyətli lahiyə olan “Distant Təhsilə Dəstək Proqramı” çərçivəsində Kvemo Kartlidə məktəb şagirdlərinə və müəllimlərə onlayn “Microsoft Teams ” və “Zoom” platformasının öyrədilməsi davam edir. Bu barədə Aktual.ge xəbər portalına sözügedən lahiyənin kordinatoru Atif Abbasov məlumat verib. Bildirib ki, məktəb müəllimlərinin tələblərinə görə layihənin ikinci mərhələsində 30 müəllimdən ibarət qruplar təşkil edilib. Açıqlamada isə qeyd olunub ki, ilk mərhələdə şagirdlərdən ibarət 4 qrup dərsləri tamamlamışdır. Ümumilikdə dərslərdə 200 nəfər şagird iştirak edib. Təhsil ilə bağlı layihə ötən ilin sentyabr ayında başlayıb. Layihənin 3-cü mərhələsinə isə bir sonrakı ayın əvvəlində start veriləcək.
ŞƏRH YAZ
3