2021-ci il Yerin fırlanma sürətinə görə daha qısa olacaq
İlkin proqnoza görə bu il Yerin fırlanmasının sürətlənməsi səbəbindən 2020-ci ildən daha qısa olacaq.
Bu barədə Aktual.ge Report-a istinadən xəbər verir.
Ümumrusiya Elmi Tədqiqat Fiziki, Texniki və Radio Mühəndisliyi Ölçmələr İnstitutu bildirib ki, ötən il qısa günlərin sayı 28 olub. Bu isə 1968-ci ildən bəri rekord göstəricidir.
Eyni zamanda ötən ilin 19 iyul tarixi adi günlərdən 1,4 milisaniyədək daha qısa olub.
“Əgər belə davam edərsə 2021-ci ilin daha qısa olacağı gözlənilir”-deyə, İnstitutun məlumatına qeyd olunub.