Yusubovdan Gürcüstan gündəminə oturacaq AÇIQLAMA:
17.01.2021 22:23
2466
Siyasət
A
Yusubovdan Gürcüstan gündəminə oturacaq AÇIQLAMA: "Gürcüstanda azərbaycanlıların siyasi partiya qurmaq vaxtı gəldi"
"Hesab edirəm ki, artıq vaxtı yetişibdir, bizimdə - Gürcüstanda yaşayan azərbaycanlılar olaraq siyasi partiya qurmağımızın zamanı gəldi. Bizim vətənimiz Gürcüstandır və Gürcüstandan başqa bizim vətənimiz yoxdur, həm Azərbaycan həm də Türkiyə bizim üçün milli Dövlətlərdir. Tanrıya şükürlər olsun ki, bu gün hər üçü bir-biri ilə dost və qardaşlıq şəraitində yaşayır". Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Azərbaycanlılarının Konqresinin (GAK) sədri Hüseyn Yusubov məlumat verib. GAK sədri qeyd edib ki, Gürcüstanda azərbaycanlıların siyasi partiya yaratmaq vaxtı gəldi. "Biz siyasi partiya yaratmalıyıq, bu solcu partiya olmalıdır. Bizim Kontitusiyamız bizə solcu partiya yaratmağa icazə verir. Solcu partiya yaratmalıyıq və bu partiyanın ətrafına sağlam gəncləri, sağlam ziyalılarımızı toplamağı bacarmalıyıq. Sağlam gənclik isə partiyanın bayrağını irəli aparmağı bacarmalıdır. Ölkədə nəqədər siyasi qütbəşmə olsada mən bunu normal sayıram, çünki bu bütün Dövlətlərdə var",-deyə o vurğulayıb. Biz azərbaycanlılar Gürcüstan əhalisinin 10%-ı təşkil edirik deyən H.Yusubov sözlərinə belə davam edib: "Siyasi partiya qurmaq bu mənim ideamda var, ancaq bu o demək deyil ki, mən siyasi partiya qurub sədr olmaq istəyirəm. Biz azərbaycanlılar Gürcüstan əhalisinin 10%-ı təşkil edirik. Ölkənin 10%-ı təşkil edən bir kütlənin siyasi partiyasının da olması normaldır, olmamasını isə anormal hesab edirəm. Proporsional seçki qanunlarına görə 1% səs toplayan partiya artıq parlamentdə təmsilcilik qazanır, 3% səs yığan partiya isə maddiyat alırsa, mən belə düşünürəm ki, biz ən az 5% səs toplaya bilərik. Nəqədər qütbləşmə olsa belə görünür ki, bundan sonra parlamentdə tək partiya çoxluğu əldə edib hökuməti tək başına qura bilməyəcək, hökman gələcəkdə koalisiyon hökumət olacaq, biz isə o koalisiyaların tərkibinə çevrilməliyik. Kim istəsə toplanıb bir araya gəlib bunu həyata keçirə də bilər. Gərəkərsə məndə həmin siyasi partiyanı dəstəkləməyə hazıram. Qeyd edim ki, belə bir fikir mənim özümdə də vardır. Biz dostlarla, ziyalılarla görüşüb fikir mübadiləsi aparırıq, fəqət hazırda pandemiya olduğundan dolayı tez-tez bir araya gələ bilmirik. Pandemiya dövrü bitdikdən sonra biz gənclərimizlə, ziyalılarımızla, qadınlarla toplaşıb elə bu haqda müzakirələr aparıb təkliflər dinləyəcik".
ŞƏRH YAZ
6