GAK-dan Marneulidə 20 yanvar şəhidinin ailəsinə ziyarət
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Azərbaycanda 20 Yanvar faciəsində şəhid olmuş, əslən Marneuli rayonunun Kirəç Muğanlı kəndindən olan Eminov Bəfədar Osmanoğlunun ailəsini ziyarət edərək, yad edib.
Bu barədə Aktual.ge xəbər portalına GAK-dan məlumat verilib.
Məlumata əsasən, GAK sədri Hüseyn Yusubov və idarə heyəti şəhidin ailəsini ziyarət edərək, baş sağlığı diləyib. Ziyarət çərçivəsində şəhidin qəhramanlığından danışılıb və onun ruhuna Qurani-Kərim oxunub.