19.01.2021 18:53
2227
Kriminal
A
"Lotu Quli"nin məzarı üstündə SİLAHLI ATIŞMA: Ölən və yaralı var (FOTO)
İstanbulun Esenyurt rayonunda əslən Gürcüstanın Dmanisi rayonundan olan "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. Aktual.ge Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Ə.Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Onu vuran digər azərbaycanlı İ.Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə borc üstündə baş verib. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
ŞƏRH YAZ
9