ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini SOYQIRIM elan etdi
19.01.2021 22:52
398
Dünya
A
ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini SOYQIRIM elan etdi
ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini “soyqırım” və “insanlıq əleyhinə cinayətlər” hesab edir. Aktual.ge xəbər verir ki, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib. “Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi”, – Pompeonun bəyanatında iddia edilir. Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.//Report
ŞƏRH YAZ
1