AB dollara qarşı plan hazırladı
20.01.2021 00:06
384
İqtisadiyyat
A
AB dollara qarşı plan hazırladı
Avropa Birliyi (AB) dollardan asılılığı azaltmaq və avronun qlobal ticarətdə daha önəmli yerə sahib olması üçün plan hazırlayıb. Aktual.ge xəbər verir ki, Avrokomissiya görüləcək tədbirlərlə bağlı strategiyasının bir neçə istiqamətini açıqlayıb. Belə ki, avronun daha geniş istifadəsi üçün 3-cü ölkələrlə danışıqlar aparılacaq. Daha sonra bu yöndə maliyyə institutları dəstəklənəcək. Həmçinin ittifaqın pandemiya ilə bağlı hazırladığı 750 milyard avroluq xilas paketi üzrə yalnız avro ilə borc veriləcək. Pul vahidinin (avro) investorlar üçün daha cəlbedici olması təmin ediləcək.
ŞƏRH YAZ
1