Tbilisidə taksi sürücüləri kovid testi verməli olacaq
"A və B kateqoriyalı taksi sürücülərinin məcburi PCR (Koronavirus testi) testi iki həftədə bir başlayır".
Aktual.ge xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze Tbilisi Hökumət iclasında bildirib.
Onun sözlərinə görə, müvafiq qərar İdarələrarası Koordinasiya Şurası tərəfindən verilmişdir.
"Virusun yayılma riskinin qarşısını almaq üçün davamlı olaraq risk qrupları müəyyən edilir. Belə risk qruplarından biri də Tbilisidə fəaliyyət göstərən taksi sürücüləridir. Buraya həm A, həm də B kateqoriyası, eləcə də bu kateqoriyalardan istifadə edən insanlar daxildir. Buna görə də Koordinasiya Şurasının qərarına əsasən, Tbilisidə taksi sürücülərinin məcburi PCR testləri aparılmalıdır. Təəssüfedici bir həqiqətimiz var ki, taksi sürücüləri virusa yoluxduqları halda da işlərinə davam edirlər. Düşünürəm ki, bu barədə bilmirdilər, çünki onların vəziyyətində virus asemptomatik idi, baxmayaraq ki, bəzi problemlər var. Bu xidmətdən istifadə edən konkret insanlar ciddi risk altındadır, bu səbəbdən mümkün qədər sığortalanmaq lazımdır ki, bunun da yolu taksi sürücülərinin PCR iki həftədə bir yoxlamaqdır", - deyə K.Kaladze bildirib.