Netanyahu Qaxarianı xoş sözlərlə təbrik etdi
20.01.2021 12:52
137
Siyasət
A
Netanyahu Qaxarianı xoş sözlərlə təbrik etdi
İsrail Dövlətinin Baş naziri Binyamin Netanyahu Giorgi Qaxariyanı yenidən Gürcüstan Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Rəsmi təbrikdə İsrail Baş naziri iki dövlət arasındakı vacib tərəfdaşlığın altına xət çəkərək, pandemiya bitdikdən sonra ikitərəfli münasibətlərin daha da güclənəcəyinə ümid etdiyini bildirib. "Hörmətli Baş nazir, bu yaxınlarda Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm. Əminəm ki, hökumətlərimiz ölkələrimiz arasındakı dostluğun möhkəmləndirilməsi üçün birlikdə çalışacaqlar. Son illərdə İsrail-Gürcüstan tərəfdaşlığı xeyli gücləndi və ümid edirəm ki, mövcud pandemiya bitdikdən sonra münasibətlərimiz daha da güclənəcəkdir. Bilirəm ki, İsraildə minlərlə turist epidemiya səbəbi ilə gözəl ölkənizə gəlmə fürsəti tapacaqlarını gözləyir. Ölkənizi idarə etmək səlahiyyətinin yenilənməsi münasibətilə bir daha təbrik edirəm",-deyə məlumatda deyilir. Bildirilib ki, rəsmi bir təbrik mesajında ​​B.Netanyahu, "Hər iki xalqın xeyrinə sizinlə çalışmağı səbirsizliklə gözləyirəm" deyib.
ŞƏRH YAZ
0