GAK sədri 20 yanvar Tbilisidə onlayn konsert keçirənlərə sərt reaksiya verdi
"20 yanvar gününə Tbilisidə onlayn konsert keçirən ermənilər, ABŞ-dan Avropada olan erməni diasporasının nümayəndələridir, onlar buradakı yerli erməniləridə istifadə edərək bu konserti təşkil edirlər. Onların bu oyunları hamıya məlumdur. Onlar öz millətləri arasında türk xofu yaradaraq pul toplayırlar. Beləliklə onlar artıq pul kəsən maşına çeviriliblər. Bu tərz əməlləri ilə pul qazanırlar və özləri üçün bir bazar qurublar. Onlar belə konsertlərdən əldə olunan gəlirin maksimum 10 faizini sözdə yardıma göndərirlər, yerdə qalanı isə öz aralarında bölüşdürürlər və elə bu konsertdə həmin oyunlardan biridir".
Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib.
"Sözügedən konsertin afişasında olan mərhum gürcü müğənlilərinin adlarının qeyd olunması, onların ruhuna qarşı hörmətsizlikdir, bu da o deməkdir ki, onlar canlı gürcü müğənni tapa bilmirlər, mərhumların ismindən istifadə edirlər. Mən bunu qınayıram. Mən ümüd varam ki, erməni xalqının övladları önə çıxacaq və onları sülhə dəvət edəcəkdir və bununlada Ermənistan Qafqaz ailəsinə qaynıyıb qarışacaqdır. Kanada da olan diaspora gəlib Ermənistan haqqında qərar verirsə bu Ermənistanın bədbəxtliyidir. Ermənistan xalqı özü öz haqqında qərar verməlidir və qonşuları ilə normal şəraitdə yaşamağı bacarmalıdır",-deyə o qeyd edib.