Marneulidə DƏHŞƏTƏ gətirən soyğun - 10 nəfər iki nəfəri bağlayaraq... (FOTOLAR)
20.01.2021 16:03
2290
Siyasət
A
Marneulidə DƏHŞƏTƏ gətirən soyğun - 10 nəfər iki nəfəri bağlayaraq... (FOTOLAR)
Marneuli rayonunun Qızılhacılı kəndində qorxunc soyğun hadisəsi baş verib. Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 18 yanvar "Komendant saatı" zamanı qrup şəklində törədilib. Belə ki, hadisə Marneuli rayonunun Qızılhacılı kəndindəki dəmir yığma müəssisəsələrinin birində baş verib. 10 nəfərlik soyğuncu qrup gece saatıarında dəmir yığma müəssisəsənə daxil olaraq müəyyən miqdarda pul aparıb. Əldə olunan məlumata əsasən, odlu silahdan istifadə edən banda, metalxanaya daxil olaraq mühafizəçiləri təhdid edib, fiziki şiddət uyğulayıb, üzərinə isə onları başqa bir yerə kilidləyib və mühafizəçilərin postunu yandırıblar. Səhər saatlarında isə metalxananın mühafizəçiləri kilidlənmiş qapıdan çıxmağı çətinliklə bacarıblar. Əldə olunan daha bir məlumata görə isə soyğunçular arasında qadın da var imiş. Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Polis hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 179, 187 və 143 maddələri ilə istintaqa başlayıb, ancaq hələki saxlanılan olmayıb. Mühafizəçilər isə dindirilir.
ŞƏRH YAZ
17