Marneulidə 20 Yanvar şəhidlərinə anım mərasimi keçirilib
20.01.2021 21:02
546
Mədəniyyət
A
Marneulidə 20 Yanvar şəhidlərinə anım mərasimi keçirilib
Marneulidə Ataholdinq binasının zalında Gürcüstan Azərbaycanlarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 20 yanvar şəhidləri üçün anım mərasimi keçirilib. Aktual.ge xəbər verir ki, anım mərasimi 20 Yanvar şəhidlərinin ruhuna bir diqəqlik sükutla başlayıb. Ardından Marneuli İmam Əli (ə.s) Məscidinin axundu Hacı Hacıyev şəhidlərə Allahdan rəhmət diləyib və onların ruhuna Quran oxuyub. Daha sonra GAİM-in icraçı direktoru R.Hümmət 20 Yanvar faciəsi haqda danışıb: "1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhərinə keçmiş sovet ittifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilərək, dinc əhaliyə divan tutub, yüzlərlə insan qətlə yetirilib və yaralayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, ailələrinə isə bol səbr". O, Rusiyanın işğalçı olduğunu vurğulayaraq, rus qoşununun 1989-cu ilin 9 aprel tarixində də Gürcüstanda qətliyam törətdiyini xatırladıb. 20 Yanvar şəhidlərinə həsr olunmuş anım mərasiminin sonunda Qanlı Yanvar hadisələrinə aid video nümayiş etdirilib və qatılımcılara şirniyyat süfrəsi açılıb.
ŞƏRH YAZ
2