GAK sədri 20 yanvar günü Tbilisidə onlayn konsert keçirənləri qınadı
20.01.2021 23:42
233
Siyasət
A
GAK sədri 20 yanvar günü Tbilisidə onlayn konsert keçirənləri qınadı
"20 yanvar gününə Tbilisidə onlayn konsert keçirən ermənilər, ABŞ-dan Avropada olan erməni diasporasının nümayəndələridir, onlar buradakı yerli erməniləridə istifadə edərək bu konserti təşkil edirlər. Onların bu oyunları hamıya məlumdur. Onlar öz millətləri arasında türk xofu yaradaraq pul toplayırlar. Beləliklə onlar artıq pul kəsən maşına çeviriliblər. Bu tərz əməlləri ilə pul qazanırlar və özləri üçün bir bazar qurublar. Belə konsertlərdən əldə olunan gəlirin maksimum 10 faizini sözdə yardıma göndərirlər, yerdə qalanı isə öz aralarında bölüşdürürlər və elə bu konsertdə həmin oyunlardan biridir". Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov deyib. H.Yusubov bu konsertin 20 yanvar tarixində keçirilməsini qınadığını ifadə edib. "Mən ümüd varam ki, erməni xalqının övladları önə çıxacaq və onları sülhə dəvət edəcəkdir və bununlada Ermənistan Qafqaz ailəsinə qaynıyıb qarışacaqdır. Kanada da olan diaspora gəlib Ermənistan haqqında qərar verirsə bu Ermənistanın bədbəxtliyidir. Ermənistan xalqı özü öz haqqında qərar verməlidir və qonşuları ilə normal şəraitdə yaşamağı bacarmalıdır",-deyə GAK sədri qeyd edib.
ŞƏRH YAZ
4