İkinci Kosalıda SKANDAL BÖYÜYÜR - Keşiş Arsen:
23.01.2021 13:39
1836
Siyasət
A
İkinci Kosalıda SKANDAL BÖYÜYÜR - Keşiş Arsen: "Zaur Darğallı tərəfindən imzalanmış sənəd var"
Təqribən bir həftədir ki, Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlərlə din xadimi keşiş arasında qalmaqal hökm sürür. Yerli sakinlərin iddiasına əsasən, onların əkin sahələrində keşiş maneəçilik törədir. Aktual.ge xəbər verir ki, "TvPirveli"nin röportajında qeyd olunur ki, Keşiş Arsenin sözlərinə görə, onun əlində 2020-ci ildə Zaur Darğallı (Millət vəkili -red.) tərəfindən imzalanmış və torpaqların eparxiyaya aid olduğunu bildirən sənəd var. "Hər şey qanuni olaraq yerinə yetirilib və burada heç bir ədalətsizlik yoxdur. Buna görə də heç kim deməsin ki, biz keşişlər onların azərbaycanlı olduqlarına görə icazə vermirik. Bizim çox yaxşı əlaqələrimiz var",-deyə keşiş Arsen deyib. Marneuli-Qardabani majoritar deputatı Z.Darğallı ötən gün İkinci Kosalı kəndində yerlilərin aksiyasına qatılaraq bildirib ki, vəziyyətin dəqiqləşdirilməsi üçün 1 həftə vaxt lazımdır: "Bura iqtisadi hesaba aiddir və bu vəziyyətdə qanuni forma vermək çox əhəmiyyətlidir". İkinci Kosalı sakinləri indi Zaur Darğallının cavabını gözləyirlər. Onlar bildirirlər ki, tələbləri yerin yetirilməsə kənddə vəziyyət yenidən dəyişəcək və qarşıdurmalar baş verə bilər. Marneuli rayonunun İkinci Kosalı nə baş verir? 21 yanvar tarixində din xadimi keşiş bizim əkinimizə icazə vermir iddiasını edən sözügedən kənd sakini Elşən Mustafayev deyib: "Bizim kəndin Qırmızı Körpü yaxınlığında 13 il əvvəl xaç qoydular. Sonra kilsə tikdilər və dedilər kilsənin balansında 20 hektar ərazi olmalıdır. Bura isə 24 hektardır. Bir nəfər keşiş 150 hektar ərazini mənimsəyərək insanların əkininə maneəçilik törədir. Bu proses bir neçə dəfə təkrarlanıb. Təxminin 4 ildə 4 dəfə belə hadisə baş verib. Marneuli meriyası isə ona dəstək verir, lakin bizə dəstək olan yoxdur. Bizim tələbimiz budur ki, biz yerimizdə əkin işlərini yerinə yetiririk. Kəndçiyik, dolanmaq yolumuz sadəcə əkindir, hər gələn bizdən sənəd tələb edir, ondan etmirlər ki, sən bu 150 hektarı 500 lariyə camaata satırsan. Bu rüşvət deyilmi? onu deyən yoxdur. hazırda bütün Marneulinin kriminal polisləri buradadır və vəziyyətə nəzarət edirlər. Mamo adlı keşiş səhər buraya baş çəkdi. İnsanlarla danışdı və sonra isə etiraz edərək getdi. İki gün əvvəl 10-a yaxın maşınla keşişlər gəlmişdi buraya. İnsanların əkininə icazə vermirdilər. Ancaq bu gün etirazımızdan sonra artıq camaat əkin sahələrində işləyir, polislər isə nəzarət edir".
ŞƏRH YAZ
17