"Fərat qalxanı" bölgəsində 7 terrorçu zərərsizləşdirildi
Suriyanın Tel-Rifat bölgəsindən "Fərat qalxanı" bölgəsindəki Azez rayonuna hücum edən PKK/YPG üzvü olan 7 terrorçu zərərsizləşdirilib.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçuların hücum etdiyi sığınacaq və onların yerləşdiyi mövqelər məhv edilib.