Məktəbdə təhsil hansı şəhərlərdə bərpa ediləcək? - AÇIQLAMA
"Mövcud epidemioloji vəziyyət nəzərə alınmaqla, fevralın 1-dən etibarən Tbilisi, Kutaisi və Rustavi istisna olmaqla, ümumtəhsil məktəblərindəki siniflərdə tədris prosesi davam edəcəkdir".
Aktual.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, Tbilisi, Kutaisi və Rustavidəki məktəblərin tədris prosesinin martın 1-dən sinifdə davam etdirilməsi planlaşdırılır.
Epidemioloji vəziyyət fevralın 15-də yenidən qiymətləndiriləcək və 7 günlük nisbət 4%-ə düşsə, növbəti yüngülləşdirmələr müzakirə ediləcək.
“Qeyd edək ki, sinifdə tədris prosesinin baş tutacağı məktəblərdə tibbi protokola ciddi əməl ediləcək və müəllimlər 2 həftədə bir dəfə sistematik şəkildə testdən keçiriləcək.
Uşaq bağçaları, peşə məktəbləri və ali təhsil müəssisələrinə gəldikdə, mövcud qaydalar 1 Marta qədər davam edəcək. Nazirliyin məqsədi bütün məktəblərdə tədris prosesini təbii mühitə - sinif otağına qaytarmaqdır. Bununla birlikdə, şagirdlərin, müəllimlərin və digər məktəb işçilərinin sağlamlığı son dərəcə vacibdir.
Təlim formatı ilə bağlı bütün qərarlar bu prinsiplər nəzərə alınaraq qəbul edilir", - deyə məlumatda bildirilir.