24.01.2021 14:48
409
Siyasət
A
"Avropalı Gürcüstan" - "Hökümət məhdudiyyətləri əsaslı şəkildə azaltmaqdan imtina edərsə, həll yolu birləşmiş xalq etirazı olacaq"
"Avropalı Gürcüstan" bu gün hökumətin tətbiq etdiyi məhdudiyyətlərin uzadılmasına qarşı etiraz mitinqinə qatılacaq. Aktual.ge xəbər verir ki, bu barədə partiyadan məlumat verilib. Verilən məlumatda bildirilir ki, pandemiya ilə mübarizə səbəbi ilə hökumətin tətbiq etdiyi qeyri-mütənasib məhdudiyyətlər onlar üçün qəbuledilməzdir. "Pandemiyaya qarşı mübarizə səbəbi ilə hökumətin tətbiq etdiyi qeyri-mütənasib məhdudiyyətləri qəbul etmirik. Hökümət məhdudiyyətləri əsaslı şəkildə azaltmaqdan imtina etdikdə, həll yolu birləşmiş xalq etirazı olacaqdır", - deyə partiyadan bildirilib.
ŞƏRH YAZ
2