Tbilisidə izdihamlı aksiya keçirilir - Məhdudiyyətlər ləğv olunsun (FOTO/VİDEO)
24.01.2021 16:39
589
Hadisə
A
Tbilisidə izdihamlı aksiya keçirilir - Məhdudiyyətlər ləğv olunsun (FOTO/VİDEO)
Paytaxt Tbilisidə Gürcüstan Hökumət Administrasiyası qarşısında yüzlərlə insan məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə etiraz aksiyası keçirir. Aktual.ge hadisə yerindən xəbər verir ki, sözügedən aksiyanın təşkilatçısı müxalifət partiyalarıdır. Hökumət Administrasiya qarşısında koronavirusla əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin bir çoxunun 1 marta qədər qüvvədə qalmasına etiraz edilən aksiyada, "Komendant saatı qaldırılsın", "Qış kurorutları açılsın", "İctimai nəqliyyat bərpa olunsun", "Ölkəni açın" şüarlı pankartlar açılıb. Aksiyaya müxalifət partiyalarının liderləri, üzvləri və ictimai fəallarda qatılıb. Aksiya təşkilatçıları bildirib ki, tətbiq olunmuş məhdudiyyətlərdən dolayı yüzlərlə insan işsiz qalıb.
ŞƏRH YAZ
2