Əhməd İmamquliyev:
24.01.2021 19:47
944
Siyasət
A
Əhməd İmamquliyev: "Keşişlərin dediklərinə görə, İkinci Kosalıda torpaqları keşişlərə Zaur Darğallı verib"
"Bu günlərdə İkinci Kosalı kənd ətrafında olan mübahisəli torpaqla bağlı olanları izləyirəm və bir neçə sualım yaranır. Keşişlərin dediklərinə görə, mübahisəli torpaq sahəsini Zaur Darğallı imzalayıb və keşişlərə verib (mer olan zaman).". Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, Zaur Darğallı (deputat -red.) Marneuli meri olarkən kilsəyə 400 min lari ayırdı, amma Marneulidəki ümumi məscidlərə 10 min lari. "Zaur bəyə Axlılələ kəndində məscid tikilmsinə icazə istədilər imza atmadı. Bir tərəfdə minlərlə insanın haqqını yedirtdi digər tərəfdə minlərlə insana haqqı olanı vermədi. Zaur bəy, gürcü pravaslav kilisəsinin Marneulidəki numayəndəliyinə (keşişlərə) 400min lari verir, Marneulidəki ümüm məsçidlərə isə 10 min lari ayırır. Sual; Zaur bəy, və Zaura görə millətin haqqını yeyərək artıq səs atanlar (və ya o işlərə göz yumanlar) siz kimə xidmət edirsiz? Ay münafiqlər nə oldu, işləriniz düzəldi? Yoxsa görba gör oldu? Cəhənnəmə getdi. Zalimlər üçün yaşasın cəhənnəm",-deyə Ə.İmamquliyev qeyd edib. Qeyd edək ki, son günlərdə Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlərlə din xadimi keşiş arasında əkin sahəsi üstündə mübahisə davam edir. Kənd sakinlərinin iddiasına görə, bu torpaq onların əkin sahəsidir, keşişə görə isə sözügedən ərazi monastra aiddir. Xatırladaq ki, "TvPirveli"nin röportajında qeyd olunur ki, Keşiş Arsenin sözlərinə görə, onun əlində 2020-ci ildə Z.Darğallı tərəfindən imzalanmış və torpaqların eparxiyaya aid olduğunu bildirən sənəd var.
ŞƏRH YAZ
3