SON DƏQİQƏ! Tbilisidə etirazçılar yürüşə başladı - Məhdudiyyətlər ləğv olunsun (FOTO)
Bu gün günorta saatlarında Tbilisidə hökumət administrasiyası qarşısında koronavirusla mübarizə çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin ləğv olunması tələbi ilə keçirilən aksiyanın iştirakçılarının bir hissəsi hazırda hakim "Gürcü Arzusu" partiyasının mərkəzi ofisinə doğru yürüşə başlayıblar.
Aktual.ge xəbər verir ki, etirazçılar "İnsanlar ac" "Məhdudiyyətlər ləğv olunsun" "Əlinizi uzaq tutun aktivistlərdən" şüarları səsləndirirlər.
Etirazçılar eyni zamanda əllərində "Hökumət bərabərdir kriminala və cinayətə" pankartı açıblar.
Onların sözlərinə görə, etirazçılar bu gün "Komendant saatı" qaydasını pozacaqlar.