Cavad Zərif:
24.01.2021 23:41
729
Siyasət
A
Cavad Zərif: "Həftə sonu Gürcüstana səfər edəcəm"
"Azərbaycan Respublikasından əlavə yaxın günlərdə Rusiya, Ermənistan və həftə sonu Gürcüstana səfər edəcəm". Aktual.ge xəbər verir ki, bunu İranın Xarici işlər naziri Cavad Zərif Azərbaycana səfəri zamanı İRNA agentliyinə bildirib. İran XİN rəhbəri qardaş Azərbaycanın öz torpaqlarını geri qaytarmasından məmnun olduğunu və bu gün Azərbaycan torpaqlarının xalqın mülkiyyətində olduğunu vurğulayıb. O, Azərbaycan Respublikasın səfərinin regional əməkdaşlıq olduqunu qeyd edib: "Əsas müzakirə mövzusu bölgədə bizim üçün çox vacib olan regional əməkdaşlıq, həmçinin də İslam Respublikasının çox yaxşı və yaxın münasibətlərdə olduğu bütün bu ölkələrlə ikitərəfli əlaqələrdir". Qeyd edək ki, Məhəmməd Cavad Zərif səfər zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Bunlar iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələləridir.
ŞƏRH YAZ
3