Zaur Darğallıdan İmamquliyevə sərt cavab - Özünü ağıllı göstərməyə çalışmasın
25.01.2021 12:31
1185
Siyasət
A
Zaur Darğallıdan İmamquliyevə sərt cavab - Özünü ağıllı göstərməyə çalışmasın
"Təəssüflər olsun ki, Əhməd İmamquliyev özünü ortada ağıllı göstərməyinə baxmıyaraq kiçik detalı bilmir ki, Dövlətin balansında olan ərazini merin kiməsə vermək ixtiyar yoxdur. İqtisadiyyat Nazirliyinin balansında olan ərazini isə yalnız nazirlik kiməsə vermək barədə qərar verə bilər". Bunu Aktual.ge xəbər portalına müsahibəsində Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyevin müvafiq açıqlamasına cavab verərkən söyləyib. O qeyd edib ki, İmamquliyev kodu yazıb girib internetdə də yoxlasa görərki sözügedən topraq Dövlətin balansındadır. Siz İkinci Kosalı sakinləri ilə keşiş arasındakı mübahisəli torpaq məsələsində bu məsələnin həll olunacağı barədə söz vermişdiniz, hazırda məsələ nə yerdədir? "Məsələnin üzərində işlənilir, əhalidən bir həftə vaxt almışıq ki, məsələnin üzərindən araşdırma aparılsın. Nəticələr olanda kənd sakinlərinə və mediaya da məlumat veriləcək",- Z.Darğallı cavablayıb. Zaur bəy ötən həftə "TvPirveli"nin röportajında qeyd olunurdu ki, keşiş Arsen deyir: "Onun əlində 2020-ci ildə Zaur Darğallı tərəfindən imzalanmış və torpaqların eparxiyaya aid olduğunu bildirən sənəd var". siz bu barədə nə deyə bilərsiniz? "Nə formada sənəd var, bununla bağlı artıq meriaya müraciət edərək həmin sənədi ala bilərlər",-deyə Z.Darğallı deyib. Xatırladaq ki, ötən həftədən bəri Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlərlə pravaslav din xadimi arasında torpaq üstündə mübahisə yaranıb. Yerli sakinlərin sözlərinə görə, bu ərazi uzun illərdir onlarındır və kənd sakinləri orada əkin işləri görür. Keşişə görə isə həmin ərazi monastrındır. Məsələ isə hələdə gərgin olaraq qalmaqdadır. Ötən həftə parlamentin üzvü Z.Darğallı və Marneuli meri vəzifəsini icra edən Zaur Tabatadze eləcə də meriya əməkdaşları İkinci Kosalıda yerli sakinlərin aksiyasına baş çəkib. Z.Darğallı məsələnin həll olunması üzrə əhalidən bir həftə vaxt istəyib.
ŞƏRH YAZ
19