Gürcüstan əhalisi Avropanı istəyir? - SORĞU NƏTİCƏLƏRİ AÇIQLANDI
Gürcüstanda rəyi soruşulanların 80%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün tərəfdarıdır.
Aktual.ge xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.
Gürcüstan hökumətinin NATO-ya üzvlük məqsədini isə respondetlərin 74%-i müsbət qiymətləndirib.
NDI-nin ötən ilin iyununda apardığı araşdırmaya əsasən, Aİ-yə inteqrasiyanı sorğuda iştirak edənlərin 76%-i, NATO-ya inteqrasiyanı isə 69%-i dəstəkləyib.
Qeyd edək ki, sorğu 2020-ci ilin 17-24 dekabr tarixində keçirilib və telefonla müsahibə yolu ilə 2 053 nəfərin rəyi öyrənilib.