Türkiyə liderinin bu il Gürcüstana gəlişi planlaşdırılır?
25.01.2021 13:37
1237
Siyasət
A
Türkiyə liderinin bu il Gürcüstana gəlişi planlaşdırılır?
Məlum olduğu kimi ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaz aylarında Gürcüstana rəsmi səfəri planlaşdırılırdı, ancaq pandemiyadan dolayı baş tutmadı. Aktual.ge xəbər portalı sözügedən mövzu ilə əlaqədar Gürcüstanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfəri Giorgi Janqavadan bu haqda məlumat alıb. Diplomat deyib: "Bəli ötən il Türkiye Prezidentinin Gürcüstana gəlişi planlaşdırılırdı, ancaq təəssüf ki, koronavirus bütün planları alt-üst etdi". 2021-ci ildə Türkiyə liderinin Gürcüstana gəlişi planlaşdırılırmı, bu barədə məlumatınız varmı? sualını isə səfir G.Janqava belə cavablayıb: "Xeyr, hələlik bu haqda konkret bir məlumat yoxdur".
ŞƏRH YAZ
1