Həbib Nurməhəmmədov peşəkar futbol karyerasına başlamaq istəyir
UFC çempionu Həbib Nurməhəmmədov peşəkar futbolçu karyerasına başlamaq niyyətində olduğunu açıqlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə idmançı “Instagram” hesabında paylaşım edib.
İdmançının sözlərinə görə, o, artıq böyük futbolda debütə hazırlaşır.
“Mən azad agentəm. Təklifləri gözləyirəm, nəzərdən keçirəcəyik”, - deyə H.Nurməhəmmədov bildirib.