25.01.2021 14:46
1203
Siyasət
A
"Gürcü Arzusu"nun keçmniş üzvündən SKANDAL AÇIQLAMA - Zaur Darğallı məni işimdən azad etdi...
"2020-ci ilin avqust ayının sonlarından etibarən Zaur Darğallı ilə siyasi fikirlərimiz üst-üstə düşmədiyindən dolayı məni işimdən azad etdilər". Bu sözləri Aktual.ge-yə Marneuli meriyasının İnfrastruktur İdarəsinin Analiz və Monitorinq şöbəsinin mütəxəssisi və "Gürcü Arzusu"nun keçmiş üzvü Ceyhun Muradov bildirib. Onun sözlərinə görə, o, seçkilərdə Z.Darğallıya dəstək olmadığına və səs vermədiyinə qədər işindən azad edilib. "2020-ci ilin setnyabr ayının 4-də heç bir əsası olmadan Zaur Darğallı məni 'Gürcü Arzusu'nun Marneuli qərargahından azad etdi. Ötən ilin noyabr-dekabr aylarında tamaşaya bənzər bir iclas qurdular mənə qarşı və səbəbsiz bir yerə məni işimdən azad etdilər",-deyə C.Muradov qeyd edib. O əlavə edib ki, Marneuli meriyasında mənə qarşı "ordu" yaranıb.
ŞƏRH YAZ
14