Marneulidən olan az yaşlı
01.02.2021 15:46
1117
İdman
A
Marneulidən olan az yaşlı "Dinamo Tbilisi Futbol Akadamiyasına" qəbul olunub
"Bu gün sizi Dinamo Tbilisi Futbol Akademiyasından salamlayırıq. Biz bu gün çox gözəl bir işə imza atmışıq. 2009-cu il təvəllüdlü Yusibov Rauf Əli oğlunu Dinamo Tbilisi Futbol Akademiyasına qəbul edildi". Aktual.ge məlumat verir ki, bu barədə sosial şəbəkədə Marneuli FK-nın məşqcisi Qurban Əliyev bildirib. O deyib ki, Yusibov Rauf az yaşlı olduğuna görə Dinamo Klubu ilə onun valideyni arasında müqavilə imzalanıb. "Rauf 45 nəfər yeniyetmənin içində fəal olaraq iştirak edərək çox gözəl nəticə göstərdiyinə görə "Dinamo Tbilisi" klubuna qəbul edildi. Təxminən bir ildir ki, biz Raufla məşğul oluruq. Sıfırdan başlamışdıq və bu gün üçün Allaha çox şükür, Rauf ilk addımını Marneuli futbol Klubunda atdı. Sonra Algeti Futbol Klubuna keçdi. Bu gün isə yetirməmiz Dinamo Futbol Akadmeiyasına qəbul edildi. Bildirim ki, bizim məqsədimiz yeniyetmələri müasir futbol avadanlıqları ilə təmin edərək onları hazırlayıb tanınmış klubların yeniyetmələri arasına və ya futbol akademiyalarına yerləşdirməkdir. Pandemiya səbəbindən ölkədən çıxa bilməsək də ölkə daxilində addımlarımızı atmağa davam edirik. Bizlər passivlik etməyərək gənclərimizi, yeniyetmələrimizi irəli aparmaq üçün əlimizdən gələni edirik. Biz Raufla yanaşı 5 nəfər yeniyetməmizi digər klublara yerləşdirmişik. Hal-Hazırda isə akademiyaya ilk addımımızı atırıq. Mən fəaliyyət göstərdiym həmkarlarıma xahiş edərək demək istəyirəm ki, gəlin əl-ələ verərək gənclərimizi irəli daşıyaq. Öz mənfəətimiz üçün gənclərimizi məhv etməyək",-deyə Marneuli FK məşqcisi Qurban Əliyev qeyd edib.
ŞƏRH YAZ
0