Teymur Rəcəbov daha bir turnirdə mübarizəyə başlayır
06.02.2021 13:27
226
İdman
A
Teymur Rəcəbov daha bir turnirdə mübarizəyə başlayır
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək. Aktual.ge xəbər verir ki, “Opera Euro Rapid”də Azərbaycan şahmatçılarından Teymur Rəcəbov mübarizə aparacaq. Təcrübəli qrossmeyster ilk oyun günündə 5 şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Mattias Blübaum (Almaniya), Sem Şenklend, Lenyer Peres Dominges (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq. İlk görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq. Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Xatırladaq ki, Teymur Rəcəbov bundan əvvəl Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olmuşdu.
ŞƏRH YAZ
0