Gürcüstan Rusiya yığmasını darmadağın etdi
07.02.2021 19:23
980
İdman
A
Gürcüstan Rusiya yığmasını darmadağın etdi
Gürcüstan reqbi yığması Rusiya komandasını məğlub edib. Aktual.ge xəbər verir ki, baş tutan görüşdə 16:7 hesabı ilə Gürcüstan rəqibi Rusiya yığmasını darmadağın edib. 2020-ci il Avropa Reqbi Çempionatının son görüşü bu gün Tbilisidə M. Meskhi stadionunda saat 15:00 başlayıb. Pandemiya səbəbindən bugünkü matçda azarkeşlər iştirak etməyib. Məlumat üçün bildirək ki, ruslar Gürcüstan millisini 1993-cü ildəki ilk oyunda yalnız bir dəfə məğlub etməyi bacarıblar. Bundan sonra 2002-ci ilə qədər aralarında baş tutan matç heç-heçə qeydə alınıb. 2002-ci ildən sonra baş tutan bütün qarşılaşmalarda Gürcüstan reqbi oyunçuları qalib gəlib.
ŞƏRH YAZ
1