Messinin ödədiyi verginin məbləği bəlli olub
11.02.2021 09:11
223
İdman
A
Messinin ödədiyi verginin məbləği bəlli olub
İspaniya "Barselona"sının kapitanı Lionel Messinin klubla 2017-ci ildə bağladığı müqavilədən sonra ödədiyi verginin məbləği bəlli olub. Redaktor.az xəbər verir ki, argentinalı hücumçu 4 il ərzində ən azı 370,000,000 avro vergi ödəyib. Bunun 275,000,000 avrosu gəlir vergisi olub. Ümumiyyətlə, 34 yaşlı forvard hər il təqribən 70 milyon avro vergi ödəyir. Qeyd edək ki, Lionel Messinin 2017-ci ildə imzaladığı müqavilənin dəyəri 555,000,000 avrodur.
ŞƏRH YAZ
1